12/02/2021
BUNU NAZİRLƏR KABİNETİNİN OPERATİV QƏRARGAHA YAZMIŞIQ. Bu məktubu Sizə Holcim Azərbaycan ASCnin 300 nəfərdən artıq səhmdarlarının adından yazıram.Holcim Azərbaycan ASC 20 ildən artıq vaxtdır ki,Azərbaycanda Qaradağ sement zavodunun özəlləşdirilməsi nəticəsində bu müəssəyə sahib çıxmışdır.Zavodda çalışan kollektiv də öz səhmlərini bu müəssisənin özəlləşdirməsinə yatırtmışdır. İlk vaxtlar 1100 nəfərə yaxın fiziki səhmdar var idi.Dvidentlərin vaxtlı vaxtında verilmədiyi üçün səhmdarların çox hissəsi səhmlərini dəyər-dəyməzə satdılar.Bir çoxu rəhmətə getdi. Nəticədə hal-hazırda 658 nəfər fiziki səhmdar qalıb.Holcim Azərbaycan ASC Azərbaycanda fəaliyyət göstərdiyi 20 ildən artıq dövrdə 4 dəfə ilin yekunlarına görə dvidentlərin bölüşdürülməsinə qərar verib.Qalan illərdə isə illik yekun iclasın sonunda müşahidə şurası dividentləri bölməmək qərarı alıb ki,bunun nəticəsində özlərinin də elan etdiyi kimi 94 880 000 manatdan artıq bölüşdürülməmiş mənfəət yığılıb.ASCnin rəhbərliyi bu pulun olmadığını desə də səhmdarlar bununla razılaşmayaraq məhkəmə orqanlarına müraciət ediblər. Hal-hazırda Qaradağ rayon məkəməsində bir ildən artıq vaxtdır ki proses davam edir.Hakim Kamran Əsədov hər dəfə bir bəhanə gətirərək məhkəməni uzadır.24 dekabr 2019 tarixində məhkəməyə müraciət etsək də bu günə kimi hakim nəinki qərar vermək, heç işlə tanış olmamış kimi özünü göstərir.Bunlar hamısı bir tərəfə Holcim Azərbaycan ASC son illərin illik iclasını pandemiya səbəbi ilə keçirtmir.Biz bu yığıncağın onlayn keçirilməsini dəfələrlə təklif etsək də onlar bunun mümkün olmadığını və bunu dövlətin qayda qanunları ilə düz gəlmədiyini deyirlər. Səhmdarlar bilmək istəyirlər ki,illik yığıncağ onlayn şəkildə keçirilməsi mümkündürmü? Əgər mümkün deyilsə dünyada yüzlərlə zavodu olan Lafarge-holcim şirkəti məsələn fransada,Rusiyada və digər böyük ölkələrdəki müəssısələrin səhmdarlarınada dvidentlərin ğdənilməməsi üçün pandemiyanı bəhanə gətirə bilir? Nəzərinizə çatdırım ki,bu şirkət Azərbaycana gəldiyi gündən Azərbaycan vətəndaşlarına yuxarıdan aşağı baxır.Səhmdarların heç bir müraciətlərinə müsbət cavab vermir.az qala açıq-aşkar bizimlə ikinci sort insan kimi davranırlar. deyilənə görə Zəfər bayramı qeyd olunan gün zavodun həyətindəki Azərbaycan Bayrağının endirilməsinə etiraz edən işçilər də artıq işdən qovulublar.