Azerbaycanlı Hekimler Derneği

Azerbaycanlı Hekimler Derneği Türkiyede ve bütün dünyada tibb sahesinde tehsil alan ve ya xidmet gösteren Azerbaycanlı hekim, telebe ve diger sehiyye işçilerinin cemiyyeti

🇦🇿🇹🇷 Azerbaycanlı Həkimlər Dərnəyi olaraq böyük qürur hissi ilə paylaşırıq!Dərnəyimizin qurucu İdarə Heyəti üzvü, ilk İd...
02/06/2026

🇦🇿🇹🇷 Azerbaycanlı Həkimlər Dərnəyi olaraq böyük qürur hissi ilə paylaşırıq!
Dərnəyimizin qurucu İdarə Heyəti üzvü, ilk İdarə Heyəti sədri, Hacettepe Universiteti Tibb Fakültəsinin Beyin və Sinir Cərrahiyyəsi kafedrasının müəllimi Dosent Dr. Şahin Hanalioğlu, Türkiyənin ən nüfuzlu elmi mükafatlarından biri hesab olunan **Bilim Akademisi Gənc Alimlər Mükafatı (BAGEP 2026)**na layiq görülmüşdür. Mükafat, onun uğurlu elmi fəaliyyəti, araşdırma vizyonu və elmə verdiyi dəyərli töhfələrə görə təqdim edilmişdir.

Doç.Dr Şahin Hanalioğlu eyni zamanda Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyinin Türkan Saylan Elm Mükafatı ilə təltif olunması, onun yalnız akademik uğurlarının deyil, həm də cəmiyyətə fayda yönümlü fəaliyyətinin yüksək qiymətləndirildiyini göstərir.

Azərbaycan əsilli bir alimin beynəlxalq səviyyədə qazandığı bu uğur həm Azərbaycan, həm də Türkiyə tibb ictimaiyyəti üçün qürur mənbəyidir.

Azerbaycanlı Həkimlər Dərnəyi adından səmimi qəlbdən təbrik edir, ona elm və təhsil yolunda yeni nailiyyətlər, uğurlar və sağlam ömür arzulayırıq.

Qürur duyuruq, Doç Dr Şahin Hanalioğlu ! 👏

📍
📍
📍
📍
📍



Dərnəyimizin ilk sədri olan Doç.Dr Şahin Hanalioğlunun bu uğuru gələcək nəsil Azərbaycanlı həkim və alimlər üçün ilham mənbəyidir. Dəyərli dostum Doç. Dr. Şahin Hanalioğlu, bu möhtəşəm uğur münasibətilə ürəkdən təbrik edirəm. Uğurların daim, yolun hər zaman açıq olsun. Yeni elmi nailiyyətlərində şahidlik etmək diləyi ilə!
Doç. Dr. Ferit Kasımzadə
Azerbaycanlı Həkimlər Dərnəyinin Sədri

Doç Dr Ferit Kasımzade

Səhiyyədə şiddəti qətiyyətlə pisləyirik! İnsan həyatını qoruyan həkimlərə yönələn zorakılıq cəmiyyətə qarşı cinayətdir.H...
06/05/2026

Səhiyyədə şiddəti qətiyyətlə pisləyirik!
İnsan həyatını qoruyan həkimlərə yönələn zorakılıq cəmiyyətə qarşı cinayətdir.
Həkimimizə Allahdan rəhmət diləyir, ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı veririk.

04/05/2026

Xaricdə çalışan azərbaycanlı həkimlərin ortaq bəyanatı

Xaricdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı həkim cəmiyyətləri olaraq, səhiyyə sahəsində həkimlərə və tibb işçilərinə qarşı zorakılıq, təhdid, nifrət dili və kollektiv ittiham hallarından dərin narahatlıq duyduğumuzu bildiririk.

İlk növbədə, son günlər baş vermiş faciəli hadisədən zərər çəkmiş bütün tərəflərə, o cümlədən pasiyentin və həkimin ailələrinə, yaxınlarına dərin təəssüfümüzü və həmrəyliyimizi ifadə edirik. İnsan itkisi, ağır xəsarət və zorakılıqla nəticələnən hər bir hadisə cəmiyyət üçün böyük faciədir. Belə halların bütün tərəfləri obyektiv, şəffaf və peşəkar şəkildə araşdırılmalıdır.

Məqsədimiz konkret hadisə üzrə tibbi, hüquqi və ya faktiki qiymətləndirmə vermək deyil, səhiyyə mühitində zorakılığın yolverilməzliyi və tibbi mübahisələrin hüquqi, institusional və peşəkar mexanizmlərlə araşdırılmasının vacibliyi barədə prinsipial mövqeyimizi ifadə etməkdir.

Həkimlik peşəsi insan həyatını qorumağa xidmət edən ən ağır və məsuliyyətli sahələrdən biridir. Eyni zamanda, pasiyent hüquqlarının qorunması, tibbi xidmətin keyfiyyətinin obyektiv qiymətləndirilməsi, şəffaf araşdırma və məsuliyyət mexanizmlərinin mövcudluğu hər bir sağlam səhiyyə sisteminin ayrılmaz hissəsidir. Bu prinsiplər həkimlərin və tibb işçilərinin təhlükəsizliyi, hüquqları və peşə nüfuzu ilə paralel şəkildə qorunmalıdır.

Heç bir halda həkimlərə və tibb işçilərinə qarşı fiziki zorakılıq, təhdid, nifrət dili, sosial media linçi və kollektiv günahlandırma qəbul edilə bilməz. Tibbi nəticədən narazılıq, ağır xəstəliklərin fəsadları, mümkün tibbi səhv və ya səhlənkarlıq iddiaları zorakılığa əsas vermir və verməməlidir.

Səhiyyə sahəsində yaranan problemlər emosional qarşıdurma və ictimai aqressiya ilə deyil, hüquqi araşdırma, müstəqil ekspertiza, peşəkar etik prosedurlar və sivil ictimai dialoq vasitəsilə qiymətləndirilməlidir. Yalnız bu yanaşma həm pasiyentlərin hüquqlarını qoruyur, həm də tibb işçiləri üçün təhlükəsiz və ədalətli iş mühitinin formalaşmasına xidmət edir.

Cəmiyyətimizdə bəzən ağır xəstəliklərin təbii gedişatı, tibbi müdaxilələr zamanı risk çərçivəsində baş verə bilən ağırlaşmalar və mümkün tibbi səhlənkarlıq kimi fərqli anlayışlar bir-birinə qarışdırılır. Bu məsələlərin düzgün qiymətləndirilməsi yalnız peşəkar tibbi ekspertiza və hüquqi araşdırma əsasında mümkün olmalıdır. Araşdırma yekunlaşmadan ictimai mühakimə, kollektiv ittiham və aqressiv ritorika nə pasiyentlərin, nə də tibb işçilərinin maraqlarına xidmət edir.

İctimai müzakirələrin məsuliyyətli, balanslı və zorakılığı təşviq etməyən formada aparılması xüsusi əhəmiyyət daşıyır. Həkimlərə və tibb işçilərinə qarşı ümumiləşdirilmiş aqressiv münasibət uzunmüddətli perspektivdə yalnız fərdi mütəxəssislərə deyil, bütövlükdə səhiyyə sisteminə, gənc həkimlərin peşəyə münasibətinə və pasiyentlərin keyfiyyətli tibbi xidmətə çıxışına mənfi təsir göstərə bilər.

İnanırıq ki, qarşılıqlı hörmət, şəffaflıq, hüquqi məsuliyyət, peşəkar araşdırma və sağlam ictimai dialoq həm vətəndaşların, həm tibb işçilərinin, həm də cəmiyyətimizin ümumi maraqlarına xidmət edən ən doğru yoldur.

İmza
AHD, DAMV, AAMA idarə heyətləri

Yeni Yılınız Kutlu Olsun! 🎄Yeni yılın; sağlık, huzur ve başarı getirmesini diliyoruz. 🌟31 Aralık Dünya Azerbaycanlıların...
31/12/2025

Yeni Yılınız Kutlu Olsun! 🎄
Yeni yılın; sağlık, huzur ve başarı getirmesini diliyoruz. 🌟
31 Aralık Dünya Azerbaycanlılarının Dayanışma Günü vesilesiyle,
dünyanın dört bir yanındaki tüm Azerbaycanlıların birlik ve beraberliğini kutluyoruz.
Birliğimiz daim olsun. 🇦🇿🇹🇷

31/12/2025

🎄✨ Azerbaycanlı Hekimler Derneği 2026 Yılbaşı Etkinliği ✨🎄Yeni yılı hep birlikte, büyük bir aile olarak karşılamak için ...
07/12/2025

🎄✨ Azerbaycanlı Hekimler Derneği 2026 Yılbaşı Etkinliği ✨🎄

Yeni yılı hep birlikte, büyük bir aile olarak karşılamak için sizi aramızda görmekten büyük mutluluk duyarız.
Azerbaycanlı hekimlerin bir araya geldiği bu özel gecede hem eğlenecek hem de birlik ve dayanışmamızı güçlendireceğiz. 🇦🇿🇹🇷

📅 26 Aralık, Cuma
📍 Buta Baku Restaurant – Ankara
🎟️ Biletler için son gün: 24 Aralık

Etkinliğe katılmak isteyenler iletişime geçebilir:
📞 Dr. Fariz Cavadov – +90 552 888 48 55

Hepinizi bekliyoruz! ✨

“Bir umut, bir fener: Dr. Safiye Ali”Bugün 24 Kasım Öğretmenler Günü’nde, sadece bir hekimi değil; cesaretiyle bir mille...
24/11/2025

“Bir umut, bir fener: Dr. Safiye Ali”

Bugün 24 Kasım Öğretmenler Günü’nde, sadece bir hekimi değil; cesaretiyle bir milleti dönüştüren bir önderi anıyoruz.

Dr. Safiye Ali, 20. yüzyılın başında kadınların tıp dünyasına adım atmasının neredeyse imkânsız olduğu bir dönemde yola çıktı. İstanbul Amerikan Kız Koleji’ndeki öğrenimi sırasında Balkan Savaşları’nda yaralıları gördü. Onun içinde filizlenen meslek aşkı, bir çağrıdır; insanlığa, özellikle kadınlara ve çocuklara adanmış bir ömürdür.
Zorluklara rağmen Almanya’da tıp okudu, ihtisasını kadın hastalıkları ve çocuk sağlığı üzerine yaptı. Eğitimini tamamladığında, Türkiye’ye döndüğünde sadece doktorluk yapmadı: öğretti. Türk tıbbında bir ilki gerçekleştirdi — tıp eğitimi veren ilk kadın akademisyen oldu.

Sadece tedavi etmekle kalmadı: sağlık hizmetini topluma yaymak için gönüllü çalıştı. “Süt Damlası” merkezlerinde anne-bebek sağlığı için mücadele etti, anneleri emzirmeye teşvik etti ve yetersiz beslenen çocuklara eğitim verdi. Kadın hakları için de aktifti, Türk Kadınlar Birliği’nde yer aldı.

Ve tüm bu hizmetin ortasında, o bir öğretmendi: Bilgiyi, şefkati ve umudu aktaran bir rehberdi. Bugün, Öğretmenler Günü’nde, Dr. Safiye Ali’nin ışığı hâlâ parlıyor; her yeni nesil hekim, her insan sevgisiyle yaklaşan sağlık çalışanı, onun mirasını sürdürüyor.

Azerbaycanlı Hekimler Derneği olarak, bu büyük kadın hekimi ve öğretmeni rahmetle ve minnetle anıyoruz. Onun sesi ve azmi, bizlere güç veriyor.

(🇹🇷-🇦🇿-🇬🇧)Azerbaycan ve Türkiye arasında yaşanan elim uçak kazasında hayatını kaybeden tüm vatandaşlarımıza Allah’tan ra...
11/11/2025

(🇹🇷-🇦🇿-🇬🇧)

Azerbaycan ve Türkiye arasında yaşanan elim uçak kazasında hayatını kaybeden tüm vatandaşlarımıza Allah’tan rahmet, ailelerine, silah arkadaşlarına ve her iki kardeş millete başsağlığı diliyoruz.

Bu acı, hepimizin ortak acısıdır.
Kalbimiz bir, yasımız birdir.

Azerbaycanlı Hekimler Derneği

-----------------------------------------

İki qardaş ölkənin ortaq kədəri...

Azərbaycan və Türkiyə arasında baş verən faciəli təyyarə qəzasında həyatını itirən bütün hərbçilərimizə Allahdan rəhmət diləyir, ailələrinə, silahdaşlarına və hər iki qardaş xalqa başsağlığı veririk.

Bu kədər hamımızındır.
Qəlbimiz birdir, kədərimiz birdir.

-----------------------------------------

A shared grief of two brother nations...

We extend our deepest condolences to the families, comrades, and both brotherly nations of Azerbaijan and Türkiye for the soldiers who lost their lives in the tragic plane crash.

This pain belongs to us all.
Our hearts beat as one, our sorrow is shared.

(🇹🇷-🇦🇿-🇬🇧)Bugün, fikirleriyle bir milleti karanlıktan aydınlığa çıkaran büyük önder Mustafa Kemal Atatürk’ü saygı, minne...
10/11/2025

(🇹🇷-🇦🇿-🇬🇧)

Bugün, fikirleriyle bir milleti karanlıktan aydınlığa çıkaran büyük önder Mustafa Kemal Atatürk’ü saygı, minnet ve özlemle anıyoruz.

O, “Hayatta en hakiki mürşit ilimdir” derken sadece bir cümle kurmadı; bir ulusun yolunu çizdi.
Biz hekimler için bu söz, sadece bir rehber değil, mesleğimizin özüdür.
Bilime inanmak, öğrenmeyi bırakmamak ve her adımda insanlığa fayda sunmak — işte Atatürk’ün bizlere mirasıdır.

Eğitimle, bilimle, insan sevgisiyle yoğrulmuş bir geleceği inşa etmeye devam ediyoruz.
O’nun izinde, her 10 Kasım’da değil, her gün; düşüncede, emekte, ilimde O’nunla yürüyoruz.

-----------------------------------------

Today, we commemorate with respect, gratitude, and longing the great leader Mustafa Kemal Atatürk — the visionary who led a nation from darkness to light.

When he said, “The truest guide in life is science,” he was not merely speaking words; he was shaping the destiny of a nation.
For us, as doctors, these words are more than wisdom — they define our calling.
To trust in science, to never stop learning, and to serve humanity with knowledge — this is the legacy he left us.

We continue to build a future enlightened by education, science, and compassion.
Not only on November 10th, but every day — in thought, in effort, in knowledge — we walk in his path.

-----------------------------------------

Bu gün bir milləti qaranlıqdan işığa çıxaran dahi lider Mustafa Kamal Atatürkü dərin hörmət, minnətdarlıq və ehtiramla yad edirik.

O, “Həyatda ən doğru bələdçi elmdir” deyərkən sadəcə bir fikir bildirmədi — bir millətin yolunu göstərdi.
Biz həkimlər üçün bu sözlər təkcə kəlam deyil, peşəmizin mahiyyətidir.
Elmə inanmaq, öyrənməkdən vaz keçməmək və hər addımda insanlığa fayda vermək — bu, Atatürkün bizə qoyduğu irsdir.

Təhsilin, elmin və insan sevgisinin nurunda formalaşan bir gələcəyi qurmağa davam edirik.
Onun izi ilə, təkcə 10 noyabrda deyil, hər gün — düşüncədə, əməyimizdə, elmdə onunla irəliləyirik.

Address

Ankara

Alerts

Be the first to know and let us send you an email when Azerbaycanlı Hekimler Derneği posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azerbaycanlı Hekimler Derneği:

Share