Ferqli Ferdler

Ferqli Ferdler Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün Konqres

🇦🇿 “Ümid Var” İnklüziv Yaradıcılıq Birliyi “Fərqli Fərdlər” Konqresinin ayrılmaz tərkib hissəsidir.Yaradıcılıq — maddi i...
19/04/2025

🇦🇿 “Ümid Var” İnklüziv Yaradıcılıq Birliyi “Fərqli Fərdlər” Konqresinin ayrılmaz tərkib hissəsidir.

Yaradıcılıq — maddi imkanlardan deyil, ruhun gücündən qaynaqlanan bir bacarıqdır.

Birlikdə hər şey mümkündür 🌟
-
🇬🇧 “Umid Var” Inclusive Creativity Association is an integral part of the “Fərqli Fərdlər” Congress.

Creativity is a skill that stems not from material means, but from the strength of the spirit.

Together, anything is possible. 🌟

Hər fərqlilik bir rəng qatır. 2 Aprel – Autizm Maarifləndirmə Günü. 🌟🌍Every difference adds a new color. April 2 – World...
02/04/2025

Hər fərqlilik bir rəng qatır. 2 Aprel – Autizm Maarifləndirmə Günü. 🌟🌍

Every difference adds a new color. April 2 – World Autism Awareness Day. 🌟🌍

🇦🇿 Bu gün, 9 Mart tarixində Nizami Kino Mərkəzində Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan uşaqlara həsr olunan “Fərq...
09/03/2025

🇦🇿 Bu gün, 9 Mart tarixində Nizami Kino Mərkəzində Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan uşaqlara həsr olunan “Fərqli fərdlər” adlı himnə çəkilən klipin təqdimat mərasimi keçirilib.

Bu layihənin cəmiyyətdə inklüziv düşüncənin yayılmasına və maarifləndirməyə böyük töhfə verəcəyinə inanırıq.

🇬🇧 Today, March 9, at the Nizami Cinema Center, the premiere of the music video for the anthem "Fərqli Fərdlər" (Different Individuals), dedicated to children with disabilities, was held for the first time in Azerbaijan.

We believe that this project will greatly contribute to the spread of inclusive thinking and education in society.

03/03/2025
9 Mart saat 15:00-da Nizami Kino Mərkəzində Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan uşaqlara həsr olunan “Fərqli fərd...
02/03/2025

9 Mart saat 15:00-da Nizami Kino Mərkəzində Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan uşaqlara həsr olunan “Fərqli fərdlər” adlı himnə çəkilən klipin təqdimat mərasimi olacaq.

Mədəniyyət Nazirliyinin dəstəyi, “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin təşkilatcılığı ilə təqdim olunacaq klip “PASHA Holding”in sponsorluğu ilə ərsəyə gəlib.

Qeyd edək ki, himn Heydər Əliyev Fondunun dəstəyi, “Caspian Event Organisers” şirkətinin təşkilatcılığı ilə keçirilən xüsusi qayğıya ehtiyacı olan insanlara həsr olunan “Fərqli fərdlər” benəlxalq konqresinin təşəbbüsü və sponsorluğu ilə, “Ümid var” İnklüziv Yaradıcılıq birliyinin üzvlərinin iştirakı ilə yazılıb.

Himnin musiqisi bəstəkar Tural Məmmədliyə,sözləri isə Leyla Quliyevaya məxsusdur.

“Fərqli fərdlər” himnini xalq artisti Alim Qasımov, əməkdar artist Fərqanə Qasımovayla yanaşı 15 nəfərdən ibarət inklüziv uşaq xoru oxuyub.

Müxtəlif diaqnozlu - daun sindromlu, autizmli, görmə məhdudiyyətli, eşitmə və danışma məhdudiyyətli, serebral iflic və digər əlilliyi olan uşaqlarla yanaşı xorda tipik inkişaflı istedadlı gənclər də yer alıb.

“Fərqli fərdlər” himninə rejissor Ülviyyə Könül klip çəkdirib.

Klipin təqdimat mərasimində istedadlı əlilliyi olan uşaqların digər bacarıqları da nümayiş olunacaq.
İnklüziv cəmiyyətə töhfə vermək məqsədilə ərsəyə gətirilən bu layihə çərçivəsində bir çox təhsil müəssisələrində - universitetlərdə, özəl və dövlət məktəblərində klipin nümayişi, uşaqların çıxışı, mütəxəssislərin maarifləndirici məruzələri, panel müzakirələr nəzərdə tutulub.

İnklüziv cəmiyyətin formalaşmasına təkan verəcək “Fərqli fərdlər” layihəsi əlilliyi olan şəxslərin inteqrasiyasına, onların özlərini realizə etmələrinə geniş imkanlar açacaq.

Maarifləndirici xarakter daşıyan bu layihənin cəmiyyətdə inklüziv düşüncə toxumları səpəcəyinə əminik.

Tədbirdə iştirak üçün umid_var səhifəsinə müraciət edə bilərsiniz.

Fərqli Fərdlər – Unudulmaz Anlar 🌟Son sərgimizdən seçilmiş anları sizinlə bölüşürük! Hər kadr müxtəliflik, yarad...
28/02/2025

Fərqli Fərdlər – Unudulmaz Anlar 🌟

Son sərgimizdən seçilmiş anları sizinlə bölüşürük! Hər kadr müxtəliflik, yaradıcılıq və unikal bacarıqların bir araya gəldiyi mühitin sübutudur.

Gələn sərgidə yeni ilhamlarla görüşmək ümidi ilə.
~
Ferqli Ferdler – Unforgettable Moments 🌟

We’re sharing some special highlights from our last exhibition. Each moment is a testament to diversity, creativity, and unique talents coming together.

Looking forward to meeting you with new inspirations at our next exhibition.

"Müşayiətli məşğulluq" panel müzakirəsi bizə nə öyrətdi? 💡Xüsusi qayğıya ehtiyacı olan fərdlərin məşğulluğunun dəstəklən...
14/02/2025

"Müşayiətli məşğulluq" panel müzakirəsi bizə nə öyrətdi? 💡

Xüsusi qayğıya ehtiyacı olan fərdlərin məşğulluğunun dəstəklənməsi üçün hansı addımlar atılmalıdır? Bu mövzu üzrə son sərgimizdə mütəxəssislər və iştirakçılar ilə dəyərli müzakirələr aparıldı.

Növbəti maarifləndirici panel müzakirələrində görüşmək ümidi ilə!
~
What did the "Accompanied Employment" panel discussion teach us? 💡

What steps should be taken to support the employment of individuals with special needs? At our recent exhibition, experts and participants engaged in valuable discussions on this important topic.

We look forward to meeting you at the next informative panel discussions!

Address

Dubai

Alerts

Be the first to know and let us send you an email when Ferqli Ferdler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ferqli Ferdler:

Share

Category